04 May 2024
Rusiyada 302 min 445 nəfər tibbi nəzarət altındadır

Rusiyada 302 min 445 nəfər tibbi nəzarət altındadır

26 İyun 2020
Baxış: 406

Ötən gün Rusiyada 6800 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AJM xəbər verir ki, gün ərzində 92 xəstə vəfat edib, 9988 nəfər sağalaraq evə buraxılıb. Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 620 min 794 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 384 min 152 nəfər sağalıb, 8781 pasiyent vəfat edib.

Hazırda Rusiya xəstəxanalarında 227 min 861 nəfər koronovirus infeksiyasından müalicə olunur.

Rusiya “COVID-19” xəstələrinin sayına görə hələ də ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Teqlər: Rusiya