XƏBƏRDARLIQ! Bu gündən başlayaraq...
19 saat əvvəlRusiyada 2 mindən çox hamilə koronavirusa yoluxub
25 May 2020
Baxış: 382
Rusiyada 2 min nəfərdən çox hamilədə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.
AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş akuşer-ginekoloqu L. Adamyan bildirib.
Onun sözlərinə görə, COVID-19 hamiləlik vaxtı anadan uşağa keçmir, yoluxma ancaq doğumdan sonra mümkün ola bilər.
“Bu gün bizim ölkədə koronavirus infeksiyalı 2561 hamilə var. Onlardan 2035 nəfərində bütün testlər təsdiqlənib”, - deyə L. Adamyan qeyd edib.