02 May 2024
Rusiya Ukraynanın Mi-24 helikopterini VURDU

Rusiya Ukraynanın Mi-24 helikopterini VURDU

01 Aprel 2022
Baxış: 417

Rusiyanın hava hücumundan müdafiə sistemləri İzyum şəhərindən 30 kilometr qərbdə Ukraynaya məxsus Mi-24 helikopterini, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin mətbuat katibi İqor Konaşenkov keçirdiyi brifinq zamanı deyib. O bildirib ki, xüsusi əməliyyat başlayandan bəri Rusiya hərbçiləri Ukraynanın təxminən 350 pilotsuz təyyarəsini və 1800-dən çox zirehli texnikasını məhv edib.

"Xüsusi hərbi əməliyyat başlayandan ümumilikdə 124 təyyarə və 80 helikopter, 345 pilotsuz uçuş aparatı, 1826 tank və digər zirehli döyüş texnikası məhv edilib", - Konaşenkov qeyd edib.

O əlavə edib ki, 195 reaktiv yaylım atəşi sistemi, 766 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1704 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.