05 May 2024
Rusiya Ukrayna vağzalını RAKETLƏ VURDU - 30 ÖLÜ, 100-dən çox YARALI VAR

Rusiya Ukrayna vağzalını RAKETLƏ VURDU - 30 ÖLÜ, 100-dən çox YARALI VAR

08 Aprel 2022
Baxış: 598

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.

AJMEDİA.İNFO UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Raket sakinlər təxliyə olunan zaman düşüb.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”.

O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Baş nazirin müavini İrina Vereşşuk Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.