03 May 2024
"Rusiya-Ukrayna müharibəsi BU TARİXDƏ BİTƏCƏK" - Mixail Saakaşvili

"Rusiya-Ukrayna müharibəsi BU TARİXDƏ BİTƏCƏK" - Mixail Saakaşvili

10 Avqust 2022
Baxış: 522

"Ukraynanın tam qələbəsi ən bədbin ssenariyə əsasən belə 10 ay ərzində təmin olacaq".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna komandanlığının tələsən bir yerinin olmadığı üçün döyüş meydanında buraxdığı səhvlər də azlıq təşkil edir: "Ukraynanın ön xəttdəki fəaliyyətini belə dəyərləndirirəm: bu gün biz artıq 1 800 tankı məhv etmişik. Bu orta hesabla günə 5 tank deməkdir. Fikrimcə, potensial hücumun qarşısını tam almaq üçün 3000-3500 tankın məhv edilməsi vacibdir. Əgər bu templə davam edərsə, 240-300 günə tam qələbə təmin ediləcək. Odur ki, hər gün rəqibə qarşı işləyir".