04 May 2024
Rusiya TƏXRİBAT HAZIRLAYIR: "Öz şəhərlərini atəşə tutacaq və Ukraynanı GÜNAHLANDIRACAQ" - ƏTRAFLI

Rusiya TƏXRİBAT HAZIRLAYIR: "Öz şəhərlərini atəşə tutacaq və Ukraynanı GÜNAHLANDIRACAQ" - ƏTRAFLI

07 Mart 2022
Baxış: 413

Rusiya hakimiyyəti daha bir təxribatçı senarini həyata keçirməyə hazırlaşır.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (CDC) məlumat yayıb.

Rusiya dəfələrlə belə senarilərdən Əfqanıstan, Çeçenistan və Abxaziyada hərbi əməliyyatlar üçün bəhanə kimi istifadə edib.

Ukraynaya hərbi müdaxilənin faktiki məğlubiyyəti kontekstində Rusiya hakimiyyəti daha bir təxribatçı senarini həyata keçirməyə hazırlaşır: Rusiya şəhərlərinin sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutmaq və buna görə Ukrayna hərbçilərini ittiham etmək.

“Bu, Kreml elitasının planına əsasən, Rusiyada ümumi səfərbərlik elan etmək üçün əsas götürüləcək. Rusiya ordusunun Ukraynadakı hərəkətlərini nəzərə alaraq, Rusiya şəhərlərində təxribatlar “gözəl mənzərə” yaratmaq üçün çoxsaylı mülki əhalinin itkiləri ilə müşayiət olunacaq. Rusiya Əfqanıstan, Çeçenistan və Abxaziyada hərbi əməliyyatlar üçün bəhanə kimi dəfələrlə oxşar senarilərdən istifadə edib”, -deyə məlumatda bildirilir.