04 May 2024
Rusiya rəsmisi Ukraynanı 4 dövlət arasında bölən xəritə paylaşdı - ŞOK FOTOLAR

Rusiya rəsmisi Ukraynanı 4 dövlət arasında bölən xəritə paylaşdı - ŞOK FOTOLAR

28 İyul 2022
Baxış: 470

"Ukrayna 4 ölkə arasında bölünüb” deyən Medvedevin paylaşdığı xəritələr gündəm olub.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb.


Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkə tərəfindən bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə "Qərb analitiklərinin gözlədiyi gələcək” qeydini yazıb.

Medvedevin göstərdiyi ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya arasında bölündüyü görünüb.

(azxeber.com)