05 May 2024
Rusiya nüvə sazişindən çıxdı - Putin AÇIQLADI

Rusiya nüvə sazişindən çıxdı - Putin AÇIQLADI

21 Fevral 2023
Baxış: 369

Rusiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilədə iştirakını dayandırıb.


AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.


Adıçəkilən müqavilə Rusiya ilə ABŞ arasında 2010-cu ilin aprelin 8-də imzalanıb.


Müqavilə hər bir tərəfin strateji hücum silahlarını azaltmasını və məhdudlaşdırmasını nəzərdə tutur. Razılaşmaya əsasən qitələrarası ballistik raketlərin sayı 700 ədəd, nüvə başlıqlarını 1550 ədədə qədər azaldılmasını nəzərdə tuturdu.(Sfera.az)