04 May 2024
Rusiya koronavirus infeksiyasına yoluxanların sayına görə dünyada ikinci yerdədir

Rusiya koronavirus infeksiyasına yoluxanların sayına görə dünyada ikinci yerdədir

12 May 2020
Baxış: 348

Ötən gün Rusiyada 10 min 899 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AJM xəbər verir ki, ölkədə bir gündə daha 10 min 899 COVID-19 xəstəsi aşkar edilib, 107 pasiyent vəfat edib.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 232 min 243 nəfərə çatıb. Ölkədə indiyədək bu xəstəlikdən 43 mindən çox adam sağalıb, 2116 xəstə vəfat edib.

Qeyd edək ki, hazırda COVID-19 xəstələrinin sayına görə Rusiya ABŞ-dan sonra ikinci yerdədir. Onun ardınca İspaniya, Fransa, Almaniya, Braziliya, Türkiyə, İran və Çin gəlir.

Teqlər: Rusiya