04 May 2024
Rusiya Kiyevə raket atdı - Xəsarət alanlar var - FOTO

Rusiya Kiyevə raket atdı - Xəsarət alanlar var - FOTO

21 Mart 2024
Baxış: 303

Martın 21-də Kiyev raket hücumlarına məruz qalıb.

AJMEDİA.İNFO Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, iki ballistik, 29 qanadlı olmaqla ümumilikdə Rusiya qoşunları Kiyevə 31 raket atıb. Son məlumatlara görə, raket hücumu nəticəsində qurbanların sayı 13 nəfərə çatıb.

Qurbanlar arasında uşaq da var. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti qeyd edib ki, ərazidə xilasedicilər, polis əməkdaşları və psixoloqlar işləyir. Paytaxtda baş verən bütün yanğınların söndürüldüyü bildirilib.