03 May 2024
Rusiya ilə İran arasında İsrailə təhlükə yaradacaq ANLAŞMA

Rusiya ilə İran arasında İsrailə təhlükə yaradacaq ANLAŞMA

11 İyun 2021
Baxış: 784

Rusiya İrana yüksək pikselli kameralarla təchiz olunmuş strateji "Kanopus-V" süni peyklərini satır.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Vaşinqton-Post” qəzeti məlumat yayıb.

Məlumata görə, İran sözügedən peyklər vasitəsilə Yaxın Şərqədki bütün hədəfləri asanlıqla izləyə biləcək.

Bundan əlavə, "Kanopus-V" İrana İsrailin hərbi qərargahlarına nəzarət imkanı da verəcək.

"Peyk, həmçinin Fars körfəzindəki neft emalı zavodları və İsrail hərbi bazaları, ABŞ əsgərlərinin yerləşdiyi İraq bazalarına qədər olan obyektlərin davamlı izlənilməsinə imkan verəcək", - deyə qəzet üç adsız mənbəyə istinad edib.

Qəzet bildirib ki, "Kanopus-V" mülki məqsədlər üçün satışa təqdim edilsə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun liderləri 2018-ci ildən bəri anlaşmaya dair danışıqlarda iştirak etmək üçün Rusiyaya bir neçə dəfə səfərlər edib.

Bundan əlavə, rusiyalı mütəxəssislər bu yaxınlarda Tehranın qərbindəki Kərəc yaxınlığında yeni inşa edilmiş bir qurğudan peykdə işləyəcək qruplara kömək etmək üçün İrana gedib.

İnqilab Keşikçiləri Korpusu 2020-ci ilin aprelində ölkənin ilk hərbi peykini müvəffəqiyyətlə orbitə çıxarıb

Anlaşma ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin Cenevrədə görüşündən bir neçə gün əvvəl əldə edilib.