05 May 2024
Rusiya-Belarus İttifaqının hərbi doktrinası imzalandı

Rusiya-Belarus İttifaqının hərbi doktrinası imzalandı

04 Noyabr 2021
Baxış: 520

Rusiya-Belarus İttifaqı Ali Dövlət Şurasının onlayn iclası keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, İclas çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən İttifaq Dövlətinin dekreti imzalanıb.

Sənəddə İttifaqın yaradılması barədə müqavilənin başlıca tələblərinin və müvafiq məqsədli 28 proqramda nəzərdə tutulan tədbirlərin 2021-2023-cü illər ərzində reallaşdırılması istiqamətləri öz əksini tapıb.

Bununla yanaşı, iki ölkə lideri tərəfindən İttifaqının hərbi doktrinası təsdiqlənib.

Qeyd edək ki, Rusiya və Belarus arasında İttifaq Dövlətinin yaradılması barədə saziş 1999-cu il dekabrın 8-də imzalanıb.