04 May 2024
“Rövşən Lənkəranski”nin yaxın adamı DTX-dən köçürüldü – QƏRAR

“Rövşən Lənkəranski”nin yaxın adamı DTX-dən köçürüldü – QƏRAR

08 Aprel 2022
Baxış: 513

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxs saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinindən İstintaq Təcridxanasından Penitensiar Xidmətinin İstintaq Təcridxanası köçürülməsini istəyib.

Hakim bildirib ki, hazırlıq iclasının qərarı zamanı bu məsələyə baxılacaq.

Hakim əlavə edib ki, cinayət işinin sənədləri dövlət ittihamçısına çatmayıb və buna görə də tanış ola bilməyib.

Hakim prokurora sənədlərlə tanış olmaq üçün vaxt verib və prosesdə fasilə elan olunub.

Fasilədən sonra davam edən prosesdə qərar elan edilib.

Qərara görə, Camal Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinindən İstintaq Təcridxanasından Penitensiar Xidmətinin İstintaq Təcridxanası köçürülməsi barədə qərar elan edilib.

Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

İttihama görə, Camal Həsənov 2017-ci ildə Rusiyada Camal Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, “qanuni oğru” Rövşən Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib.

Nadir Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.