04 May 2024
Rəisidən SON DƏQİQƏ açıqlaması: "Buna icazə verməyəcəyik!"

Rəisidən SON DƏQİQƏ açıqlaması: "Buna icazə verməyəcəyik!"

16 Aprel 2023
Baxış: 509

İran prezidenti İbrahim Rəisi Tehranda ölkə üzrə tələbə birliklərinin nümayəndələri ilə görüşdə hicab və internet istifadəsi kimi problemlərə toxunub.

AJMEDIA.İNFO xəbər verir ki, Rəisi ölkədə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və məcburi hicab tətbiqində yaşanan problemlərə toxunub.

“Biz hicab problemini mədəni yanaşma ilə həll etməyə çalışırıq” - o deyib.

Rəisi İranda hicabın "təhlükəsizlik" məsələsinə çevrilməsinə icazə verməyəcəklərini ifadə edib:

"Düşmən hicabın İranda təhlükəsizlik məsələsi olmasını istəyir. Hökumət olaraq lazım olan proqramları həyata keçirərək buna icazə verməyəcəyik".

İranda sosial şəbəkələrin qadağan edilməsinə münasibət bildirən Rəisi beynəlxalq sosial media platformalarının İranda nümayəndəliyinin olması lazım olduğunu, əks halda onların fəaliyyətinə icazə verilməyəcəyini qeyd edib:

"Biz ölkəmizdə nümayəndəlik açmağı qəbul edən heç bir platformaya qadağa qoymamışıq. Hökumət olaraq məqsədimiz ölkədə internetdən istifadəni təhlükəsiz etməkdir. Bu səbəbdən bu platformaların İranda nümayəndəlikləri olmalıdır". musavat.com