03 May 2024
Regionda baş verən proseslərə milli təhlükəsizlik aspektindən BAXIŞ

Regionda baş verən proseslərə milli təhlükəsizlik aspektindən BAXIŞ

20 May 2022
Baxış: 495

1918-ci ildə Şərqdə ilk demokratik dövlət quran Azərbaycan iki ildən sonra 1920-ci ildə öz müstəqiliyini itirərək Sovet İttifaqının tərkibinə daxil oldu. 1991-ci ildə öz müstəqiliyyini qazanan Azərbaycan Respublikası dövlətçiliyin qorunması roluda olduqca çətin sınaqlardan keçmişdir. Azərbaycan xalqı müasir demokratik hüquqi dövlət quruculuğu rolunu seçmişdir.


Müstəqilliyini yeni qazanmış Azərbaycan Ermənistan tərəfindən hərbi-siyasi təcavüzə məruz qalmışdır. Bu dövrdə Azərbaycanda siyasi-iqtisadi tənəzzül dövrü olmuş və torpaqlarının iyirmi faizi işğal altına düşmüşdür.Bundan sonra Azərbaycan iqtisadi,siyasi baxımdan sürətlə irəliləyən ölkəyə çevrildi. 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə başlanğıcı qoyulan enerji layihələri uğurla həyata keçildi. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən sərəncamı ilə qüvvəyə mindi. Öz coğrafi mövqeyinə Azərbaycan Rusiya, Türkiyə və İran kimi böyük dövlətlərin arasında yerləşir. Çoxəsrlik dövlətçilik tarixi olan Azərbaycan bu gün özündə də dünyada öz müsbət imicini yaratmış dövlətlər arasında öz yerini tutur.


Müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə bu konsepsiya Azərbaycan dövlətinin maraqlarını yüksək səviyyədə müdafiə edir.




Azərbaycan Respublikası Cənubi Qafqazada yerləşərək mühüm strateji yol qovşaqlarının kəsişməsində yerləşir. Sovet İttifaqı 1991-ci ildə süqut etdi. Bununla da keçmiş sovet ölkələrində etnik-milli münaqişələr baş verdi. Ermənistan dövləti Azərbaycana qarşı öz ərazi iddialarını sürməyə başladı. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının 20 faizini itirdi. Bundan başqa bir milyona yaxın məcburi köçkün öz torpqaqlarından qovuldu, etnik təmizləmə siyasəti yürüdüldü. Azərbaycan dövləti Birinci Qarabağ müharibəsindın sonra böyük enerji layihələri və ordu quruculuğunda yeni addımlar atdı. Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan öz neftini Gürcüstan vasitəsilə Türkiyəyə və Avropaya satmağa başladı. Həmçinin iqtisadiyyatın şəffaflaşdırılması üçün bir çox islahatlar həyata keçirildi.
Ordu quruculuğunda Azərbaycan yeni və müasir hərbi texnikalar aldı. Burada Azərbaycan üçün dost ölkələr sayılan Türkiyə və İsrailin olduqca böyük rolu oldu. Bildiyimiz kimi güclü orduları olan bu ölkələr Azərbaycan üçün böyük strateji əhəmiyyət kəsb edir. Bu dostluq Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğundur.


Azərbaycanın Enerji Təhlükəsizliyi. Heydər Əliyev adına «Bakı-Tbilisi-Ceyhan» əsas ixrac neft boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və Aralıq dənizi arasında enerji nəqlinin, Xəzəryanı ölkələrin geostrateji və iqtisadi maraqlarını təmin edən mühüm obyektlərin təhlükəsizliyinin qorunması və bununla əlaqədar artan risklərin idarə olunması və azaldılması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin ən vacib vəzifələrindəndir. Bununla da Azərbaycan nefti dünya bazarında tanındı.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması. Bildiyimiz kimi, Qarabağ ərazisi işğal olunduqdan sonra BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilmədi. Dünyada ikili standartların hökm sürdüyü bir zamanda Azərbaycan ordusu torpaqları işğaldan azad etdi. Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsinə qədər bir qrup Azərbaycan hərbiçiləri Türkiyədə hərbi təhsil aldılar. Onlar Azərbaycana yüksək ixtisaslı hərbiçilər kimi gəldilər. Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Bu baxımdan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir. Həmçinin Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə də aktiv şəkildə rol oynayır. Azərbaycan sülhməramlıları Kosovada və Əfqanıstanda öz missiyalarını uğurla həyata keçirirdilər.
Azərbaycan dənizə çıxışı olmayan ölkədir və dünya bazarlarına çıxış üçün qonşularından asılıdır. Ona görə də Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət yürüdür və bu coğrafi maneəni yüngülləşdirmək üçün bütün ölkələrlə, o cümlədən qonşuları ilə bu siyasəti həyata keçirərkən, buna baxmayaraq, ölkənin milli maraqlarının reallaşdırılmasına potensial olaraq mane ola biləcək digər dövlətlərdən siyasi, hərbi və ya iqtisadi həddən artıq asılılıqdan qaçmağa çalışır. Həddindən artıq asılılığın mənfi təsirlərini həm iqtisadi, həm də hərbi baxımdan strateji müstəqilliyini əsas müttəfiqi Rusiyaya girov qoymuş Ermənistanın misalında daha yaxşı izah etmək olar.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması. Qoşulmama statusunu institusionallaşdırmaq üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına (QHH) qoşulub. Azərbaycanın BMT Baş Assambleyasından sonra dünya dövlətlərini təmsil edən ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına qoşulmağa üstünlük verməsinin səbəbləri iki əsas amillə şərtləndirilir.


Birincisi, Azərbaycan öz prioritetlərini və fəaliyyətini Qoşulmama Hərəkatının yaradılmasının təməl daşını təşkil edən tarixi Bandunq prinsipləri əsasında qurmağa qərar verdi. Reallıqda Azərbaycan kimi kiçik bir dövlət üçün müasir beynəlxalq münasibətlər sistemində bloklara qoşulmamaq və həmrəylik arasında tarazlığı saxlamaq asan deyil. Bugünkü beynəlxalq təcrübə göstərir ki, Azərbaycan indiyədək uğurla idarə edib Bandunq prinsiplərinə bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət; dövlətlərin daxili işlərinə qarışmamaq; qarşılıqlı maraqların müdafiəsi; və əməkdaşlığın təşviqi.Belə prinsiplər Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə üst-üstə düşür. İkincisi, Azərbaycan mühüm məsələlərdə ölkənin mövqelərinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək üçün Qoşulmama Hərəkatında öz mövqeyini çatdırmağa çalışır; Beynəlxalq təşkilatlarda hər hansı bir qətnamənin qəbulu və ya rədd edilməsində hər bir səs vacibdir.


Yuxarıda müzakirə edilən bütün səbəblərə görə Azərbaycanın kiçik dövlət davranışı kontekstində xarici siyasətini konseptual olaraq altı əsas məqamda təsnif etmək olar:

1.ehtiyatlı qruplaşma – ölkənin potensial təhlükələrini neytrallaşdırmaq üçün qonşuluqda dominant güclərlə tərəfdaşlıq etdiyi ;

2. praqmatik tarazlıq – bunun altında ölkə təhdidedici qüvvəyə qarşı tarazlıq yaratmaq üçün güclü aktorlarla tərəfdaşlıq edir;

3. strateji qorunma yolu – riskləri və birtərəfli asılılı kompensasiya etmək və qarşılıqlı asılılıq yaratmaq üçün çoxtərəfli siyasətlərin seçilməsinə üstünlük verən davranış;

4. maraqlar tarazlığının tapılması – bu siyasət qarşılıqlılıq və maraqların qarşılıqlı tanınmasına əsaslanan simmetrik strateji tərəfdaşlığın yaradılmasını nəzərdə tutur;

5. proqnozlaşdırıla bilənlik – bu, xarici siyasət istiqamətində kəskin dönüşlərin və ya gözlənilməz addımların atılmasını nəzərdə tutur;

6.strateji səbir – bu, dövlətin nəyi olduğunu başa düşməyi və lazım gəldikdə strateji qətiyyət nümayiş etdirməyi nəzərdə tutur.

Reallıqda Azərbaycan kimi kiçik bir dövlət üçün müasir beynəlxalq münasibətlər sistemində bloklara qoşulmamaq və həmrəylik arasında tarazlığı saxlamaq asan deyil. Bugünkü beynəlxalq təcrübə göstərir ki, Azərbaycan indiyədək uğurla idarə edib. bu tarazlığı saxlamaq üçün. Beləliklə, Bakı beynəlxalq və regional sülh və təhlükəsizlik mühitini qorumaq üçün həmrəylik nümayiş etdirir; lakin müharibə edən dövlətlər və böyük dövlətlər arasında qarşıdurma və rəqabət şəraitində ölkə bloklara qoşulmamaq mövqeyini saxlayır. Bu prosesdə Azərbaycan beynəlxalq münasibətlər sistemində statusunun tanınması üçün öz resurslarından və çoxşaxəli kimliyindən məqbul şəkildə istifadə edir. Bakı beynəlxalq münasibətlərdə fəaliyyətinin davamlılığını təmin etmək və arzuolunmaz xərclərdən qaçmaq üçün potensial xarici siyasət addımlarını diqqətlə hesablayır.


NƏTİCƏ


Azərbaycan Respublikası müasir dövrdə balanslaşdırılmış və öz siyasi mövqeyini qoruyan bir dövlət kimi çıxış edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra regionda nüfuzu yüksələn Azərbaycan öz milli maraqlarını uğurla müdafiə edir. Zamanla güclənən Azərbaycana təbiki təkcə Ermənistan tərəfindən deyil başqa dövlətlər tərəfindən də təxribat əməllər törədilməkdədir. Azərbaycanın yüksələn xətlə artan nüfuzunu qısqanclıqla qarşılayan bu qüvvələr istəyinə çata bilmir. Siyasi, iqtisadi, sosial sahədə uğurla aparılan siyasət nəticəsində Azərbaycan inkişaf edir. Müasir dünyada güc amili ön sırada dayanır.

Görünən odur ki, BMT bir təşkilat kimi öz öhdəliyində duran məsələləri həll etmək istəmir, ya da bu iqtidarda deyil. Məhz burada hər dövlətin öz potensial gücü ön plana çıxır. İşğaldan azad olunan torpaqlarda hal- hazırda mina təmizlənməsi prosesi həyata keçirilir. Ermənistanın dünyaya təcavüzkar və işğalçı bir dövlət kimi tanınması Azərbaycanın xarici siyasətinin uğurlarından biridir. Azərbaycan bunu ordusunun gücü ilə etdi. Bundan başqa düzgün yürüdülən xarici siyasət nəticəsində müharibənin gedişində dünya ölkələri Azərbaycanın yanında yer aldı.
Yeni Reallıqlar baxımından Azərbaycanın Milli Təhlükəsiklik Konsepsiyasında yer alan müddəalar uğurla yerinə yetirilir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bu regionda yeni reallıqları üzə çıxartdı. Azərbaycanı dünya siyasətində artıq balanslaşdırılmış siyasətdən çox artıq, öz haqq sözünü deyən, milli maraqlarını uğurla müdafiə edən bir ölkə kimi tanınır.

Rüstəm Tağızadə, politoloq

AJMEDİA.İNFO