03 May 2024
Qrıza 20 sm qar yağıb - Azərbaycanda FAKTİKİ HAVA

Qrıza 20 sm qar yağıb - Azərbaycanda FAKTİKİ HAVA

23 Dekabr 2021
Baxış: 536

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata əsasən Quba-Qusar bölgəsində qeydə alınıb.

Belə ki, düşən yağıntının miqdarı Qusarda 31 mm (aylıq normanın 86 %-i) olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib.

Qubada 8 mm, Xaçmaz, Neftçalada 7 mm, Astara, Lerikdə 5 mm, Şabranda 4 mm, Altıağacda 3 mm, Yardımlı, Qrızda 2 mm, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1 mm, Pirallahıda 5 mm, Bakı, Maştağada 4 mm, Binədə 3 mm, Sumqayıtda 2 mm, Neft Daşları, Çilov adasında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Qrız-Qudyalçayda 20 sm, Daşkəsəndə 15 sm, Xınalıqda 15 sm, Qrızda 14 sm, Göygöldə 13 sm, Quba, Qusar, Xaltanda 10 sm, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 sm, Altıağacda 6 sm, Şabranda 3 sm olub.

Teqlər: Qrız qar