04 May 2024
"Qiymətin 1 manata qaldırılması süni qiymət artımıdır..." - ETİRAZ

"Qiymətin 1 manata qaldırılması süni qiymət artımıdır..." - ETİRAZ

13 Noyabr 2023
Baxış: 527

“Bəzi sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artıracaq. Hazırda 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq”.


AJMEDİA.İNFO xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov Mərkəzi Bankın son qərarını şərh edərkən bildirib.


V.Bayramov qeyd edib ki, Mərkəzi Bank bankomatlardan vasaitlərin nağdlaşdırılması zamanı tutulan komissiya haqlarını aşağı salıb.

“Bu qərar digər bankların bankomatlarından vəsaitin nağdlaşdırma zamanı xərcləri azaldacaq”, - deyən millət vəkili bu müsbət halın əhəmiyyətini bankların digər bir qərarı ilə itirdiyini vurğulayıb:

“Nağdlaşdırma xidmətində güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olacaq.Bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər. Bu cür artımların özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə yeni texnologiyaların tətbiqi SMS göndəişlərinin maya dəyərini xeyili aşağı salıb”.


V.Bayramovun fikrincə, belə olan halda SMS xidmətlərində kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. O hesab edir ki, bu məsələyə də Mərkəzi Bank müdaxilə etməlidir:

“Tənzimləyici kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və bu məsələyə müdaxilə etməsi vacibdir. SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların tənzimlənməsi çox vacibdir”.(Sfera.az)