03 May 2024
Qəzzadan İsrailə iki raket atıldı

Qəzzadan İsrailə iki raket atıldı

03 Yanvar 2022
Baxış: 489

İsrail ordusu Qəzzadan iki raket atıldığı haqda məlumat yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, raketlərin Təl-Əviv yaxınlığına düşdüyü bildirilib.

“Bu gün səhər Qəzza sektorundan atılan iki raket Təl-Əviv yaxınlığında sahilə düşüb”, – məlumatda qeyd edilib.

Ordudan bildirilib ki, mövcud protokola əsasən, hava həyəcanı işə düşməyib və raketlərin vurulmasına ehtiyac olmayıb.