04 May 2024
Qəzada ölən vəzifəli şəxsin FOTOSU

Qəzada ölən vəzifəli şəxsin FOTOSU

20 Fevral 2024
Baxış: 277

Xəbər verdiyimiz kimi, Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərrux Cabbarov ötən gecə ağır yol qəzasında dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, ilkin araşdırma zamanı vəzifəli şəxsin sürücülük hüququnun olmaması, avtomobilin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi üzə çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.

Qəzada həlak olan F.Cabbarovun fotosunu təqdim edirik: