04 May 2024
Qaxda partlayış olub,xəsarət alan var

Qaxda partlayış olub,xəsarət alan var

17 Noyabr 2021
Baxış: 751

Qax rayonunda evdə partlayış olub.

AJMEDİA.İNFO xəbər verir ki,hadisə bu gün günorta saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Məmmədova Nina Markovna öz evində yatarkən qəfildən partlayış baş verib. Nina Məmmədova aldığı ağır yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, partlayışın baş verməsinə səbəb qaz sızması göstərilir.

Faktla bağlı araşdırma aparılır.