03 May 2024
Qaxda İYRƏNC HADİSƏ: 55 yaşlı qadına TƏCAVÜZ EDİLDİ

Qaxda İYRƏNC HADİSƏ: 55 yaşlı qadına TƏCAVÜZ EDİLDİ

05 Avqust 2021
Baxış: 708

Qax rayonunun kəndlərindən birində 55 yaşlı qadının cinsi təcavüzə məruz qaldığı, bu səbəbdən ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hadisə 2 gün əvvəl baş verib. Təcavüzə məruz qalan qadının indiyədək ailə qurmadığı, əqli probleminin olduğu bildirilir:

“Hadisənin bir nəfər tərəfindən edilmədiyini düşünürük. Çünki qadının bədənindəki xəsarətlər çoxdur. Ağzı-burnu sındırılıb, qanaxması var. Qonşusu xəstəxanaya çatdırıb, hazırda komada olduğu deyilir. Bizə verilən məlumata görə, polis bir nəfəri həbs edib. Qadının əqli problemli olması səbəbindən işin ört-basdır ediləcəyini düşünürük”.

AJMEDİA.İNFO xəbər verir ki, faktı Meydan TV-yə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, 1971-ci il təvəllüdlü, rayon sakini R.Camalov sərxoş vəziyyətdə olub və qadına təcavüz edib. Hazırda faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qax Rayon Mərkəzi Xəstəxanasından açıqlama vermək istəmədiklərini desələr də, qadının vəziyyətinin yaxşı olmadığını da söyləyiblər.