03 May 2024
Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir - Ruslardan KÖMƏK DİLƏNDİLƏR

Qarabağda ermənilərə məxsus mobil rabitə və internet işləmir - Ruslardan KÖMƏK DİLƏNDİLƏR

03 Dekabr 2021
Baxış: 601

Azərbaycan Dağlıq Qarabağda mobil rabitəni və interneti kəsib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə informasiyanı qondarma rejimin “ombudsmanı” Qeqam Stepanyan yayıb.

Onun sözlərinə görə, bu problem bu ilin avqustunda yaranıb:

“Bu məsələ artıq Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə təqdim edilib. Sonra problem həll olunub, lakin Azərbaycan rəsmilərinin Şuşaya səfərindən sonra yenidən aktuallaşıb. Bir aya yaxındır ki, “Artsax”da rabitə ciddi fasilələrlə işləyir. Rabitə problemi təmas xəttinin bilavasitə yaxınlığında yerləşən yaşayış məntəqələrində daha kəskindir, bəzi icmalarda isə ümumiyyətlə əlaqə yoxdur”, – deyə o, qeyd edib.

Onun fikrincə, mobil rabitə və internetə çıxış azərbaycanlılar tərəfindən bilərəkdən bloklanır, telekommunikasiya şirkətlərinin istifadə etdiyi tezliklərə və texniki vasitələrə təsir edilir. (Bizim.media)