03 May 2024
Qadın müdir sevgilisinə evlilik təklifi etdi - FOTOLAR

Qadın müdir sevgilisinə evlilik təklifi etdi - FOTOLAR

23 Dekabr 2021
Baxış: 546

Türkiyənin Bursa şəhərində qeyri-adi evlilik təklifi olub.

AJMEDİA.İNFO Türkiyə KİV-ə istinadən xəbər verir ki, gənc qadın 5 aydır birlikdə olduğu sevgilisinə evlilik təklifi edib.

Belə ki, dənizin ortasında gəmidə sürpriz hazırlayan Nilay Bay sevgilisinin qarşısında diz çökərək, "Mənimlə evlənərsən?", - deyə sual verib. 25 yaşlı Muratcan Sarı Nilayın bu təklifinə "Hə" cavabını verib.

Maraqlısı budur ki, qadının bu hərəkəti sosial mediada gündəm mövzusuna çevrilib. Sosial media istifadəçiləri Nilay Bayın bu hərəkətini alqışlayıb. Bundan sonra cütlük yerli KİV-lərdən birinə açıqlama verib. Nilay bildirib ki, sevgilisi Muratcanla 5 ay əvvəl tanış olub. M.Sarı Nilayın müdiri olub. Onlar arasında münasibət 5 ay əvəl başlayıb. Nilay həmçinin gənc qızlara müraciət edərək, "Dünyanın güclü və cəsur qadınlara ehtiyacı var. Hər bir gənc qız öz arzusunu gerçəkləşdirə bilər" - deyə bildirib.

M. Sarı isə "Bu mənim üçün gözənilməz oldu. Fərqi yoxdur təklifi ya mən, ya da o etdi. Əsas odur biz xoşbəxtik!", - deyə açıqlamasında bildirib.

Qadın müdir sevgilisinə evlilik təklifi etdi- FOTOLAR

Qadın müdir sevgilisinə evlilik təklifi etdi- FOTOLAR

Qadın müdir sevgilisinə evlilik təklifi etdi- FOTOLAR