03 May 2024
Pxenyan Seula qarşı hərbi fəaliyyət planını dayandırıb

Pxenyan Seula qarşı hərbi fəaliyyət planını dayandırıb

24 İyun 2020
Baxış: 400

Koreya Xalq Demokratik Respublikası (KXDR) qonşu Koreya Respublikasına qarşı olan hərbi fəaliyyət planını dayandırıb.

AJM Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu barədə qərar KXDR lideri Kim Çen Inın sədrlik etdiyi hakim Koreya Fəhlə Partiyasının mərkəzi hərbi komitəsinin növbəti iclasında qəbul olunub. İclasda ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsi ilə bağlı tədbirləri müəyyənləşdirən sənədlər də müzakirə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Seulla bütün əlaqələrini kəsən Pxenyan həmsərhəd Keson şəhərindəki Cənubi Koreya ilə əlaqə ofisinin binasını da dağıdıb. Pxenyanın bu addımları Cənub Koreyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları fəallarının KXDR ərazisinə təbliğat vərəqələri göndərməsinə cavab kimi qiymətləndirilir.

Cənubi Koreya mətbuatı KXDR-in sərhəd zolağının şərq istiqamətində bir neçə gün əvvəl yerləşdirdiyi təbliğat səsgücləndiricilərini iyunun 24-də səhər yığışdırmağa başlaması barədə xəbər yayıb.

Teqlər: Pxenyan