04 May 2024
"Putinlə Paşinyan sərhəddəki durumdan narahatdır" - Peskov AÇIQLADI

"Putinlə Paşinyan sərhəddəki durumdan narahatdır" - Peskov AÇIQLADI

14 May 2021
Baxış: 637

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbnaycan-Ermənistan sərhədində baş verənlərlə əlaqədar Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib.

AJMEDİA.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, Paşinyan kömək istəməyib. O, sərhəddəki vəziyyətdən narahat olduğunu dedi. Bu narahatlığı Putin də paylaşdı. Prezident Putin üçtərəfli razılaşmanın bütün müddəalarına, xüsusilə atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb”, - Peskov deyib.