04 May 2024
Putinlə Bayden eyni tarixdə dünyaya mesaj verəcəklər – Fevralın 21-də nə baş verəcək?

Putinlə Bayden eyni tarixdə dünyaya mesaj verəcəklər – Fevralın 21-də nə baş verəcək?

14 Fevral 2023
Baxış: 463

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden fevralın 21-də dünyaya mesajlar verəcəklər.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Tsarqrad” saytı məlumat yayıb. Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-i Federal Məclisə müraciət edəcək. Eyni zamanda ABŞ prezidenti Co Bayden də həmin tarixlərdə Polşaya səfər edəcək.

“Bayden Polşada Ukraynadakı vəziyyətlə bağlı çıxış etməyə hazırlaşır. O, yenidən ABŞ-ın təcavüz qurbanına kömək adı ilə dünyanı necə toparladığını açıqlayacaq”.

“Tsarqrad” hər iki liderin dünyaya mesaj üçün eyni tarixi seçməsinə diqqət çəkib.

“Bayden məhz Vladimir Putinin Federal Məclisdə çıxış edəcəyi gün bütün Qərb dünyasına müraciət edəcək. Bu gün ABŞ və Rusiya yeni dünya nizamı üçün soyuq, hibrid, iqtisadi, sanksiyalar müharibəsi aparır. Bəşəriyyətin taleyi həqiqətən də iki liderin bəyanatlarından asılıdır”, deyə nəşr əlavə edib.(Sfera.az)