04 May 2024
Putinin istefaya göndərdiyi general ölü tapıldı – MÜƏMMALI İNTİHAR

Putinin istefaya göndərdiyi general ölü tapıldı – MÜƏMMALI İNTİHAR

14 Fevral 2023
Baxış: 328

Rusiyanın Daxili İşlər Nazirliyinin general-mayoru Vladimir Makarov Rusiya Prezidenti Vladimir Putin tərəfindən vəzifəsindən azad edildikdən bir neçə həftə sonra intihar edib.

AJMEDİA.İNFO dünya mediasına istinadən xəbər verir ki, o, Moskva yaxınlığındakı qəsəbədə ölü tapılıb.

Əvvəllər Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış və müxalif hərəkatı yatırmaqla tanınmış Makarov başından aldığı güllə yarası ilə ölü tapılıb.

Qohumlarının sözlərinə görə, keçən ay qəfil işdən çıxarıldıqdan sonra Makarov "dərin depressiyaya" düşüb və ömürlük hərbi xidmətdən sonra karyerasını necə davam etdirəcəyini bilməyib.

Bu, ilk deyil...

Qeyd edək ki, bundan əvvəl rusiyalı siyasətçi və iş adamı Pavel Antov dekabr ayında Hindistanın şərqində bir otelin qarşısında pəncərədən yıxılaraq ölü tapılıb. O, əvvəllər Rusiyanın Kiyevə hücumlarını “terror” adlandırmış və tənqid etmişdi.

Rusiyanın energetika üzrə direktoru, 39 yaşlı İvan Peçorin isə sentyabr ayında Yapon dənizindəki Russki adasının sahillərində üzərkən dənizə yıxılaraq ölüb.

Ötən ilin sentyabrın 1-də Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti, 67 yaşlı Ravil Maqanov Moskva xəstəxanasının pəncərəsindən yıxılaraq həlak olub.(Sfera.az)