05 May 2024
Putinin gizli saxladığı ailəsi və qızları haqqında ŞOK FAKTLAR - ƏTRAFLI

Putinin gizli saxladığı ailəsi və qızları haqqında ŞOK FAKTLAR - ƏTRAFLI

08 Aprel 2022
Baxış: 977

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ və Qərb ölkələri Rusiya Prezidentinin yaxınlarına və rusiyalı iş adamlarına sanksiya tətbiq edib.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, sanksiya tətbiq edilənlər arasında Rusiya Prezidenti Vladimir Putinin iki qızı da var.

ABŞ rəsmiləri Vladimir Putinin qızlarına tətbiq edilən qadağanı belə əsaslandırıb:

“Putinin oliqarxlar və ailəsi vasitəsilə öz aktivlərini ABŞ maliyyə sisteminə daxil etdiyinə dair şübhələrimiz var. Biz hesab edirik ki, Putinin əmlakının böyük hissəsi onun ailə üzvlərinin əlindədir və buna görə də biz onları hədəfə alırıq”.

Bu məsələdən sonra Putinin qızları yenidən dünya mediasının gündəminə düşüb.

Sanksiyalara əsasən, Rusiya prezidentinin qızları – 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonovanın aktivləri dondurulub, onlara səyahət qadağası tətbiq edilib.

Vladimir Putinin qızları haqqında elə də çox məlumat yoxdur. Çünki Rusiya prezidentinin ailəsi ilə bağlı məsələlər həmişə gizli saxlanılıb. Putin özü də ailəsi ilə bağlı suallara ətraflı cavab verməyi rədd edib. 2015-ci ildə keçirdiyi mətbuat konfransında Putin qızları ilə bağlı sualı belə cavablayıb:

“Qızlarım Rusiyada yaşayır və həmişə Rusiyada təhsil alıblar. Mən onlarla fəxr edirəm. Onlar üç xarici dildə sərbəst danışırlar. Ailəm haqqında heç kimlə danışmıram. Hər kəsin öz taleyini yaşamaq hüququ var. Onlar öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər”.

Putin hər nə qədər gizli saxlamağa çalışsa da, qızları haqqında müəyyən məlumatlar mediaya sızdırılıb.

Məlumatlara görə, Mariya və Katerina Putinin boşandığı həyat yoldaşı Lüdmiladan olan qızlarıdır. Putin Lüdmila ilə 1983-cü ildə KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti olan zaman evlənib. Həmin vaxt Lüdmila stüardessa işləyirmiş. Onların evliliyi 30 il davam edib. 30 il ərzində Putin Rusiya siyasi sistemində sürətlə yüksəlib. Cütlük 2013-cü ildə rəsmi olaraq boşanıb.

Putin boşanması haqqında danışarkən bildirib:

“Bu, birgə qərar idi, hazırda biz bir-birimizi çox az görürük və hər ikimizin öz həyatımız var”. Lüdmila isə Putinin tamamilə işinə aludə bir insan olduğunu bildirib.

Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb. Mariya Vorontsova indi endokrin sistemi üzrə ixtisaslaşmış akademikdir. Onun “uşaqlarda böyümə geriliyi halları” haqqında kitabı var və Moskvada Endokrinologiya Elmi Mərkəzində qeydiyyatda olan tədqiqatçıdır. O, həm də iş qadınıdır. BBC-nin rus xidməti Mariya Vorontsovanın çox böyük tibb mərkəzi tikməyi planlaşdıran şirkətlə tərəfdaş olduğunu açıqlayıb. ABŞ bəyan edib ki, Vorontsova “Kremlin milyardlarla dollarla dövlət maliyyəsi ilə aparılan genetik tədqiqat proqramlarının rəhbəri olub və bu proqramlara birbaşa Putin nəzarət edib.

Mariya Vorontsova holland iş adamı Jorrit Joost Faassen ilə evlidir. Faassen bir vaxtlar Rusiyanın dövlət enerji nəhəngi olan “Qazprom”da işləyib. Cütlüyün ayrıldığı haqda xəbərlər yayılıb. Ukraynaya təcavüz başlayandan sonra Mariya Vorontsova ilə söhbət edənlər onun bu məsələdə atasını dəstəklədiyini və beynəlxalq mediada gedən xəbərlərə şübhə ilə yanaşdığını bildiriblər.

Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova böyük bacısından daha çox üzdə olan şəxsdir. O, 2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində partnyoru ilə 5-ci yeri tutub. Elə həmin il Katerina Putinin dostunun oğlu Kirill Şamalovla ailə qurub. Onların toyu Sankt-Peterburq yaxınlığındakı xizək kurortunda keçirilib. Otel işçiləri bildiriblər ki, cütlük toya üç ağ atın çəkdiyi kirşədə gəliblər. Kirill Şamalov Rusiyanın enerji sektorundakı roluna görə, 2018-ci ildə ABŞ-ın sanksiyalar tətbiq etdiyi adlardan biri olub. ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, Şamalovun sərvəti evləndikdən sonra əhəmiyyətli dərəcədə artıb.

Ancaq onların da boşandığına dair xəbərlər yayılıb. Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də iş qadındır. O, 2018-ci ildə Rusiya mediasına neyrotexnologiya barədə danışıb. Katerina Tixonova biznes forumunda da görüntülənsə də, Putinin qızı kimi təqdim edilməyib.

Putin 2017-ci ildə verdiyi müsahibədə nəvələrinin olduğunu bildirib, lakin hansı qızından olduğunu və sayını açıqlamayıb: “Nəvələrimə gəlincə… Onlardan biri artıq bağçaya getməyə başlayıb. Mən onların kral şahzadələri kimi böyümələrini istəmirəm. İstəyirəm ki, onlar normal insanlar kimi böyüsünlər”.

Məlumatlara görə, Vladimir Putin gimnast Alina Kabayeva ilə uzun illərdir birlikdədir və ondan 4 övladı var. Hətta onların evləndikləri ilə bağlı iddialar da var.