04 May 2024
Putinin gimnast sevgilisinə aldığı "Rusiyanın ən böyük evi" - FOTOLAR YAYILDI

Putinin gimnast sevgilisinə aldığı "Rusiyanın ən böyük evi" - FOTOLAR YAYILDI

01 Mart 2023
Baxış: 363

Ukraynanı işğal etdiyi üçün tənqid hədəfinə çevrilən Rusiya prezidenti Vladimir Putinin illərdir gizli sevgilisi, keçmiş olimpiya idmançısı Alina Kabayevaya böyük pullar xərclədiyi iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiyada qadağan olunmuş “Project” saytının yazdığına görə, Putin üç uşaq anası olduğu deyilən Kabayeva üçün "Rusiyanın ən böyük evi"ni alıb.

Şəhərin kənarındakı taxta evin sahibinin keçmiş gimnastın olduğu bildirilir.

Qeyd olunub ki, Kabayeva üçün xüsusi olaraq tikilən villada uşaqlar üçün çoxlu oyun meydançaları var.

“Rusiyanın tacsız kraliçası” olaraq xarakterizə edilən 39 yaşlı Kabayevanın 2000-ci illərin əvvəllərindən, Rusiya liderinin hələ evli olduğu vaxtdan Putinlə münasibətdə olduğu iddia edilir. Kreml 2014-cü ildə Putinin 30 illik həyat yoldaşı Lüdmilladan boşandığını təsdiqləyib.

Project-in hesabatına görə, Putin heç vaxt açıqlamadığı gizli sevgilisi üçün qeyri-qanuni yolla əldə edilən milyonlarla funt-sterlinq xərcləyib. Rusiya liderinin sevgilisi üçün aldığı mülklər arasında Soçidə 2600 kvadratmetrlik villa da var. Putinə yaxın şəxs olan Oleq Rudnovun adına rəsmiləşdirilən 20 otaqlı villada kinoteatr, hovuz, helikopter meydançası və spa kimi xüsusi yerlər də var.

Putinin sevgilisinə məxsus digər mülklər Kabayevanın nənəsi Anna Zatsepilina və digər qohumlarının qeydiyyatındadır.

Layihədə o da bildirilirdi ki, Putinin sevimli sığınacağı olan Valday gölünün sahilindəki villa Müdafiə Nazirliyi tərəfindən quraşdırılan hava hücumundan müdafiə sistemi ilə qorunur.(Teleqraf)