04 May 2024
"Putinin əvəzinə Zelenski DƏVƏT EDİLSİN" - ABŞ-dan ŞOK G20 TƏKLİFİ

"Putinin əvəzinə Zelenski DƏVƏT EDİLSİN" - ABŞ-dan ŞOK G20 TƏKLİFİ

26 Aprel 2022
Baxış: 510

ABŞ İndoneziyanı Rusiya Prezidenti Vladimir Putini G20 sammitində iştirakdan uzaq tutmağa və əvəzində Ukrayna lideri Volodimir Zelenskini görüşlərə dəvət etməyə çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Bildirilir ki, ABŞ G20 sammitinə ev sahibliyi edən İndoneziyaya Zelenskini qonaq kimi dəvət etməsi üçün təzyiqlər göstərir.

Nəşrin məlumatında qeyd olunur ki, əgər Putin və Zelenski tropik Bali adasında keçiriləcək sammitdə iştirak etsə, iclas İndoneziya üçün daha da logistik və diplomatik kabusa çevriləcək.

Ağ Evin nümayəndələri isə bu məlumatı şərh etməkdən imtina ediblər.