04 May 2024
Putindən İsrailə və Fələstinə ÇAĞIRIŞ

Putindən İsrailə və Fələstinə ÇAĞIRIŞ

18 May 2021
Baxış: 472

“Rusiya Fələstin və İsrailin zorakı hərəkətlərinə son qoymağı vacib sayır”.

AJMEDİA.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin Rusiyadakı səfirləri ilə görüşdə bildirib.

“Fələstinlilərlə israillilər arasında qarşıdurmanın başlaması artıq uşaqlar da daxil olmaqla çox sayda mülki itki ilə nəticələnib. Hər iki tərəfdəki zorakı hərəkətlərə son qoyulmasını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında aktiv bir həll yolu tapmağı vacib hesab edirik”, - deyə Putin qeyd edib.