04 May 2024
“Putin ona yalan danışıldığını bilir” - Klark

“Putin ona yalan danışıldığını bilir” - Klark

02 Aprel 2022
Baxış: 497

NATO Birləşmiş Qüvvələrinin keçmiş komandanı, istefada olan general Uesli Klark hesab edir ki, Rusiya prezidenti Vladimir Putin rus ordusunun ona yalan danışdığını bilir.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə CNN telekanalında danışıb.

“Rusiya ordusunda informasiyaya qorunan, vacib element kimi yanaşırlar və ona görə də bir-birlərinə yalan danışırlar. Onlara bunu öyrədirlər; bu, sovet ordusundan gəlib. Putin ona yalan danışdıqlarını bilir. Ona görə də o, bununla barışaraq qiymətləndirmə aparır”, - Klark bildirib.

O, əlavə edib ki, Putinin “xoşuna gəlməyə bilər”, amma “onların sistemində hamı yalan danışır – yuxarı aşağıya, aşağı isə yuxarıya”.

Generalın fikrincə, Rusiyada məlumatlar likvidləşmə riski olduğundan gizlədilir və orada hamı bunu bilir.