03 May 2024
Putin “Moskva”nın qisası” əməliyyatına başladı – Sərhəddə nüvə raketləri daşıyan təyyarələr UÇUR

Putin “Moskva”nın qisası” əməliyyatına başladı – Sərhəddə nüvə raketləri daşıyan təyyarələr UÇUR

19 Aprel 2022
Baxış: 448

Rusiya Qara dəniz donanmasının flaqmanı sayılan "Moskva” krayserini itirməsinin qisasını almağa hazırlaşır. "Moskva”nın qisası” adlanan yeni hücum strategiyasının Ukraynada can almağa davam etdiyi bir vaxtda dünyanı ayağa qaldıran görüntülər yayımlanıb.

Belə ki, Rusiyaya məxsus 4 ədəd "Tu-95” təyyarəsi Rusiyanın qərbində, Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənib. Nüvə raketləri daşıya bilən hava gəmisini döyüş təyyarələri müşaiyyət edib.

Maraqlıdır, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadəyə hazırlaşır?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Rusiya Qara dəniz donanmasının flaqmanın qisasını ən sərt şəkildə almağa çalışacaq:

“Kreml artıq bunu əyani şəkildə də göstərir. Ümumiyyətlə Rusiyaya məxsus 4 ədəd "Tu-95” təyyarəsi Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənməsi ciddi faktdır. Ancaq bu o demək deyil ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadəyə hazırlaşır. Nüvə raketləri daşıya bilən təyyarə mütləq nüvə raketi daşıyacaq deyə, bir şey yoxdur. Bu təyyarədən başqa məqsədlər üçün də istifadə edilə bilər.

Hesab edirəm ki, Rusiya nə bu gün, nə də başqa bir vaxt Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Hazırkı nüvə silahları ABŞ-ın Yaponiyaya atdığı silahlardan dəfələrlə artıq dağıdıcı gücə malikdir. İndiki məqamda Rusiyanın Ukraynaya nüvə raketi atması Ukrayna qədər onun özü üçün də ciddi fəsadlar yaradacaq”.

Q. Hüseynli qeyd edib ki, nüvə silahından yalnız özünü müdafiə məqsədi üçün istifadə etmək olar:

“Nüvə silahına malik ölkələr müəyyən vaxtlar ərzində bu silahdan istifadə edəcəyini desə də, bu hədə-qorxudan başqa bir şey deyil. Bütün nüvə silahına malik olan ölkələr yaxşı bilir ki, bu silahdan istifadə dünyanın sonunu gətirə bilər. Ölkələr nüvə silahından istifadəyə dair konkret öhdəliklər götürüb. Heç bir nüvə ölkəsi də bu öhdəlikləri poza bilməz. Rusiya Ukraynada faktiki olaraq beynəlxalq hüququn başlıca norma və prinsiplərini pozub, ancaq nüvə silahına dair üzərinə götürdüyü öhdəlikləri poza bilməz”.

Teqlər: Putin