05 May 2024
"Putin dayanmayacaq! Nə qədər ki, o, sağdır, Ukraynanı işğaldan əl çəkməyəcək" - SƏRT AÇIQLAMA

"Putin dayanmayacaq! Nə qədər ki, o, sağdır, Ukraynanı işğaldan əl çəkməyəcək" - SƏRT AÇIQLAMA

18 Aprel 2022
Baxış: 442

“Döyüş meydanında qələbədən başqa hər şey mənim üçün təslim olmaq deməkdir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri Yuliya Timaşenko Ukrainskaya Pravda-ya verdiyi müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı verilən suala cavab olaraq bildirib.

Timaşenko Baş nazir olduğu vaxt Putinlə apardığı danışıqlardan da bəhs edib:

Baş nazir kimi dəfələrlə mübahisə etmək və razılığa gəlməyə çalışmaq imkanım olub. Buna görə də bu gün sizə açıq şəkildə deyəcəyəm: Putin dayanmayacaq! Nə qədər ki, o, sağdır, heç vaxt Ukraynanı işğaldan əl çəkməyəcək. Nəinki Donbas, nəinki Krım, nəinki ayrı bir ərazini – bütünlükdə Ukraynanı işğal etməyənə qədər dayanmayacaq. Ona görə də, bu gün mən tam anlaşıqlı danışıram, danışıqlar aparılmamlıdır”.

Yuliya Timaşenko bildirib ki, danışıqlar sülh və sülhə aparan yol deyil sadəcə imitasiyadır:

“Çünki Putin sülh yönümlü danışıqlar aparmır. Anlamalı olduğumuz budur. Danışıqlar sülhə aparan yol və sülhün məqsədi deyil, sadəcə imitasiyadır. Bunlar ordumuzu ruhdan salan danışıqlardır. Bu, sülh danışıqları deyil, bizi zəiflətməyin texnologiyasıdır. Onların bizə qoyduğu şərtlər suverenliyimizi məhv edir. Başa düşməliyik ki, bu gün Ukraynada sülhün əsas təminatçısı yalnız Ukraynanın özü və Silahlı Qüvvələridir”.(Konkret.az)