05 May 2024
Putin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti titulundan məhrum edildi

Putin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti titulundan məhrum edildi

28 Fevral 2022
Baxış: 597

Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin təşkilatın fəxri prezidenti titulundan məhrum edildiyini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu qərar Ukraynada yaranmış vəziyyətlə əlaqədar verilib.

Həmçinin qeyd olunub ki, IJF Putinin təşkilatın səfiri kimi səlahiyyətlərini də dayandırıb.

Xatırladaq ki, Vladimir Putin 2008-ci ildə IJF-nin fəxri prezidenti seçilib.