04 May 2024
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

09 May 2020
Baxış: 423

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Teqlər: Prezident