04 May 2024
Prezidentdən güzəştli ipoteka kreditləri ilə bağlı FƏRMAN

Prezidentdən güzəştli ipoteka kreditləri ilə bağlı FƏRMAN

18 Oktyabr 2022
Baxış: 436

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib.

AJMEDİA.İNFO xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.

Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.