04 May 2024
Prezidentdən Dövlət Neft Şirkəti ilə bağlı SƏRƏNCAM və FƏRMAN

Prezidentdən Dövlət Neft Şirkəti ilə bağlı SƏRƏNCAM və FƏRMAN

11 Avqust 2021
Baxış: 628

Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

xxx

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və” sözləri “və 12 (on iki)” sözləri ilə əvəz edilib.