02 May 2024
Prezident Rusiya xəbərlərini QADAĞAN ETDİ

Prezident Rusiya xəbərlərini QADAĞAN ETDİ

19 İyun 2022
Baxış: 464

Moldova Prezidenti Maya Sandu Rusiya xəbər proqramlarını qadağan edən qanun imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Televiziya və Radio Şurasının rəhbəri Liliana Vitsu məlumat verib. Onun sözlərinə görə, qanun iyunun 24-dən qüvvəyə minəcək:

“Dezinformasiya anlayışı formalaşır ki, bu da daha sərt sanksiyaları nəzərdə tutur. Əgər fakt sübuta yetirilərsə, o zaman şirkətlər 7 il müddətinə lisenziyadan məhrum ediləcəklər”.

O əlavə edib ki, Ukrayna böhranı səbəbindən ölkə hakimiyyəti sərt tədbirlər görməyə məcburdur.

Bundan əvvəl Latviya hakimiyyəti Rusiyadan gələn bütün telekanalların ölkədə yayımını qadağan etmək qərarına gəlib. Bunu Milli Media Şurasının (NEPLP) rəhbəri İvars Abolins deyib. Latviya Seymi birinci oxunuşda sovet abidələrinin sökülməsini, o cümlədən Riqanı azad edənlərin abidəsinin sökülməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Ölkə parlamentində deyildiyi kimi, qanun layihəsinin məqsədi demokratik və milli dövlət kimi Latviyanın dəyərlərinin ləkələnməsinin və ona təhdid edilməsinin, habelə qanunsuz işğal siyasətinin və hər iki dövlət tərəfindən həyata keçirilən cinayətlərin pislənməsinin qarşısını almaqdır.