03 May 2024
Prezident “dəmir yumruğu” öpmək istəyən Əməkdar artisti bağrına basdı - VİDEO

Prezident “dəmir yumruğu” öpmək istəyən Əməkdar artisti bağrına basdı - VİDEO

05 Oktyabr 2021
Baxış: 617

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, görüş zamanı Əməkdar artist Yaqut Abdullayeva öz arzusunu dövlət başçısının diqqətinə çatdırıb.

“Mənim bir il ərzində bir arzum vardı. Sizin “dəmir yumruğu” öpüb, gözümün üstünə qoymaq...”, - deyə Y.Abdullayeva bildirib.

Bu fikri səsləndirdikdən sonra Y.Abdullayeva Prezident İlham Əliyevə yaxınlaşıb onu qucaqlayıb. Həmin məqamda Yaqut Abdullayeva dövlət başçısının düşmənə göz dağı, öz xalqı üçün isə güc və birlik rəmzi olan “dəmir yumruğu”nu öpmək istəsə də, Prezident buna imkan verməyib və onu yenidən bağrına basıb.

Həmin görüntüləri təqdim edirik:

(Oxu.az)