05 May 2024
Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəldi

Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəldi

28 Yanvar 2022
Baxış: 515

Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərindəki Qran-pridə mübarizəyə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, ilk yarış günündə 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev xalça üzərinə çıxıb.

1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfnalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib.

Əliyev isə startda braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə yanvarın 30-da qoşulacaq.