05 May 2024
Poroşenko dövlətə xəyanətdə ittiham olunur

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

20 Dekabr 2021
Baxış: 451

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.

AJMEDİA.İNFO xəbər verir ki,bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov çıxış edib.

Məlumatı Ukrayna Dövlət İstintaq Bürosu da təsdiqləyib.

Qeyd edək ki, sabiq Prezidentin daha əvvəl də Donbasın hazırda rəsmi Kiyevin nəzarətində olmayan ərazilərindən qeyri-qanuni kömür tədarükü təşkil etməkdə şübhəli bilinməsi ilə bağlı mətbuatda məlumatlar dərc edilib.

İlkin məlumata əsasən, Ukraynanın sabiq Prezidenti terrorizmin maliyyələşdirilməsi, dövlətə xəyanət və terror təşkilatının fəaliyyətinə yardım göstərməkdə ittiham olunur.

Ukrayna qanunvericiliyinə görə, məhkəmə sözügedən ittihamları təsdiq edərsə, 56 yaşlı siyasətçini əmlakı müsadirə edilməklə 15 il müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

P. Poroşenko özü ittihamları rədd edib.