04 May 2024
Pike Şakiraya Qavinin anası ilə yox, onunla xəyanət edibmiş - 20 yaşlı, sarışın gözəlçə kimdir?

Pike Şakiraya Qavinin anası ilə yox, onunla xəyanət edibmiş - 20 yaşlı, sarışın gözəlçə kimdir?

03 İyun 2022
Baxış: 1002

"Barselona"nın ulduzu Cerard Pike ilə müğənni Şakira haqqında yeni iddialar ortaya atılıb.


AJMEDİA.İNFO bildirir ki, ötən gün cütlüyün Pikenin komanda yoldaşının anası ilə münasibətinə görə ayrıldığı yazılsa da, məsələnin heç də belə olmadığı qeyd olunub.

Belə ki, İspaniya mətbuatı məşhur cütlüyü ayıran şəxsin sosial mediada iddia edildiyi kimi Qavinin anası deyil, tədbir aparıcısı işləyən 20 yaşlarında sarışın qadın olduğunu irəli sürüb. Eyni zamanda, Şakiranın may ayında uşaqları və dostları ilə Pikesiz iki dəfə İbizaya getdiyi və aldatma hadisəsinin ötən ay ortaya çıxdığı da vurğulanıb.


Qeyd edək ki, 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında tanış olan cütlüyün iki övladı var.(sfera.az)