05 May 2024
Peruda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər ölüb

Peruda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər ölüb

17 May 2023
Baxış: 505

Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə "Andina" agentliyi məlumat yayıb.

Məlumata görə, avtobusda olan digər 9 sərnişin sağ qalıb. Lakin polis xəsarətlərin ağırlığına görə yol qəzası qurbanlarının sayının arta biləcəyini istisna etmir.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.

Teqlər: