05 May 2024
Paşinyandan MÜHÜM TÜRKİYƏ AÇIQLAMASI

Paşinyandan MÜHÜM TÜRKİYƏ AÇIQLAMASI

27 Avqust 2021
Baxış: 910

“Ermənistan Türkiyədən bölgədə sülhün bərqərar olması üçün bəzi müsbət siqnallar alıb”.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı bildirib.

“Regionda sülhün bərqərar olması məsələsinə gəldikdə, deməliyəm ki, biz Türkiyədən bəzi müsbət siqnallar almışıq. Biz bu siqnalları qiymətləndirəcəyik, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”, - deyə N.Paşinyan bildirib.