03 May 2024
Paşinyan separatçıların təslim olması üçün Xankəndiyə “desant” GÖNDƏRDİ

Paşinyan separatçıların təslim olması üçün Xankəndiyə “desant” GÖNDƏRDİ

09 İyun 2022
Baxış: 506

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Qarabağa səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, Marukyan Xankəndidə separatçı-terrorçuların qondarma “deputatları” ilə görüşüb.

Görüşdə qondarma “parlamentin” “müxalifət fraksiyaları” iştirak etməkdən imtina edib. Marukyan qondarma “azad vətən-xdp” və “vahid vətən” “partiyaları” ilə görüşüb.

Görüşdən imtina edən “müxalif” “ədalət fraksiyası”nın “deputatı” Metaxe Akopyan bildirib ki, Marukyan Qarabağa “desant” kimi göndərilib.

“Paşinyan onu göndərib ki, burada təslimçiliyi təbliğ etsin. Görüşdə nələrin müzakirə edildiyini dəqiq bilmirik, lakin Marukyanın məhz “artsaxı” yeni reallığa uyğunlaşdırmaq üçün gəldiyini bilirik”, - o deyib.(publika.az)