04 May 2024
“Paşinyan Qarabağın Azərbaycana aid olduğunu sübut etməyə çalışır” – Tiqran Abramyan

“Paşinyan Qarabağın Azərbaycana aid olduğunu sübut etməyə çalışır” – Tiqran Abramyan

26 Yanvar 2022
Baxış: 532

“Nikol Paşinyan Qarabağın Azərbaycanın olmasına haqq qazandırmağa çalışır”.

AJMEDİA.İNFO erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan səsləndirib.

O qeyd edib ki, Paşinyanın bütün bəyanatlarının arxasında bir amil dayanır. Nikolun təqdim etdiyi hər şey ya təhrif olunub, ya da reallığı əks etdirmir:

“Məsələn, o, Madrid sənədinə istinad edir və onun əsasını ərazi prinsipi ideyası təşkil etdiyini deyir. Madrid Sənədi üç prinsipə – ərazi dəyərinə, xalqların öz müqəddəratını təyin etmək hüququna və güc tətbiqinə əsaslanır. Yəni Paşinyan yenə məsələni təhrif edir” – deyə Abramyan vurğulayıb.

Tiqran Abramyan əlavə edib ki, Nikol Paşinyanın bəyanatları Qarabağın itirilməsini həzm etdirməyə və özünü cəmiyyət üçün toxunulmaz şəxsə çevirməyə yönəlib.(Konkret.az)