05 May 2024
Paşinyan kəndlərimizin əsl adlarını söylədi - Ermənistan şokda - VİDEO

Paşinyan kəndlərimizin əsl adlarını söylədi - Ermənistan şokda - VİDEO

27 Avqust 2021
Baxış: 979

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasındakı çıxışı erməniləri sözün əsl mənasında şoka salıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, Zəngəzurdakı əzəli Azərbaycan kəndləri olan Eyvazlı və Çayzəminin adlarını ermənilərin indiyədək söylədikləri, yazdıqları təki "Karmrakar" və "Şurnux" kimi deməyib.

"Əminəm ki, Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərinin arasındakı hissəsinin açılması regional stabilliyə doğru addımların əla simvolu olardı", - N.Paşinyan deyib.

O, daha sonra söyləyib ki, bölgədə dayanıqlı sülhün, əmin-amanlığın və stabiliyin bərpası ilə bağlı Türkiyədən müsbət siqnallar alıb: "Deməliyəm ki, Türkiyədən bəzi publik müsbət, nikbin siqnallar almışıq. Bu siqnalları dəyərləndiririk. Pozitiv siqnallara pozitiv siqnallarla cavab verəcəyik".

(Milli.az)