03 May 2024
Paşinyan: “İlham Əliyevlə razılaşmalar regionun simasını dəyişəcək”

Paşinyan: “İlham Əliyevlə razılaşmalar regionun simasını dəyişəcək”

16 Dekabr 2021
Baxış: 566

Azərbaycan Prezidenti ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmaların icrası regiondakı siyasi, iqtisadi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı səsləndirib.

Paşinyan qeyd edib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Arazdöyən - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.

"Mən Azərbaycanla sazişin əhəmiyyətini çox qiymətləndirmək istəmirəm. Amma digər tərəfdən, onu da qiymətləndirməmək də düzgün deyil. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, bölgədəki iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək layihədir", - deyə Ermənistanın baş naziri əlavə edib.

Paşinyan vurğulayıb ki, yaxın gələcəkdə diqqəti bu problemin həllinə yönəltmək lazımdır: “İlham Əliyevlə, həmçinin ikitərəfli təmasların davam etdirilməsi barədə razılıq əldə olunub”.

Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.