Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO
56 dəqiqə əvvəlPartiya sədri Əli Kərimlinin mühafizəçisinə 13 il HÖKM OXUNDU
08 Oktyabr 2021
Baxış: 602
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədova hökm oxunub.
AJMEDİA.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 13 il azadlıqdan məhrum edilib. Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, dövlət ittihamçısı N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.(Qafqazinfo)